Türkiyə

Məşhur müğənninin dövlətdən uşaq istəmək tələbi RƏDD EDİLDİ

24 Fevral 2023 19:34
Baxış: 1 368
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli müğənni Suavi və xanımı Könül Saydanın zəlzlədə ailəsini itirmiş bir uşağa qoruyucu ailə olmaq istəyi dövlət tərəfindən rədd edilib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, 2 həftədir zəlzələ ərazisində könüllü yardım çalışmalarına qoşulan müğənni xəbəri eşidərək pərişan olub. Musiqiçi cavab olaraq "Nə deyim bilmirəm, günlərdir boğazımdan yemək keçmir" deyə bildirib.

Müğənninin həyat yoldaşı qeyd edib ki, buna Suavin 70 yaşında olması səbəb göstərilib.

"70 yaşındadır, amma zəlzələ bölgəsində hər gün dayanmadan 20 saat işləyir. Biz o uşaqlara çiçək kimi baxardıq. Bu qərarı ləğv edin. Biz o uşaqları alıb baxmağa qərarlıyıq",- deyə  sənətçinin xanımı öz sosial şəbəkə hesabında yazıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.