Türkiyə

Azyaşlının səxavəti kövrəltdi: “Başqalarına da qismət olsun” - VİDEO

18 Fevral 2023 16:00
Baxış: 1 167
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Hatay vilayətinin Bektaşlı kəndinin azyaşlı sakinlərinin davranışı insanları təsirləndirib.

Belə ki, könüllülər zəlzələ nəticəsində zərər çəkmiş ailələrin uşaqlarına şokolad və oyuncaqlar paylayıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu zaman balacalar könüllülərdən xahiş ediblər ki, şokolad və digər hədiyyələr elə paylanılsın ki, onların həmyaşıdlarına da çatsın.

Könüllülərdən biri həmin anı öz telefonunun kamerası ilə çəkərək sosial şəbəkələrdə paylaşıb.

Videoya tamaşa edənlər azyaşlıların bu səxavətindən kövrəldiklərini qeyd ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.