Türkiyə

FHN-in psixoloqları Türkiyədə zəlzələdən zərər çəkmiş insanlara fasiləsiz xidmət göstərir - FOTO

14 Fevral 2023 18:50
Baxış: 796
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması çərçivəsində qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin tibbi heyəti arasında peşəkar psixoloqlar da var.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Zəlzələdən fiziki və mənəvi sarsıntı keçirən insanlarin yanında olmaq və onlara mənəvi dəstək vermək məqsədilə göndərilmiş FHN-in psixoloqları tərəfindən Kahramanmaraşda zərər çəkmiş insanlara psixoloji yardım işi təşkil olunub.

Qeyd edək ki, psixoloji yardım işi fasiləsiz olaraq davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.