Türkiyə

Türkiyə ordusu İraqın şimalında 3 terrorçunu zərərsizləşdirdi

4 Fevral 2023 15:54
Baxış: 735
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə ordusu İraqın şimalında 3 PKK terrorçusunu zərərsizləşdirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə şənbə günü Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, terrorçular "Pəncə-Kilid" əməliyyatı zonasında məhv ediliblər. Onlara aid xeyli sayda silah-sursat ələ keçirilib.

"Biz terroru kökündən silməyə qətiyyətli və qərarlıyıq", - deyə paylaşımda qeyd edilib.

Qeyd eədk ki, ötən gün Türkiyə ordusu tərəfindən İraqın şimalında daha 2 PKK terrorçusu zərərsizləşdirilmişdi.

Türkiyə ordusu sözügedən istiqamətdə əməliyyatlarını davam etdirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.