Türkiyə

Altı yaşında evləndirilən qızın atası və keçmiş həyat yoldaşı həbs olundu - VIDEO - FOTO

16 Dekabr 2022 16:22
Baxış: 2 388
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə 6 yaşlı H.K.G. imam nigahı ilə evləndirilməsi barədə xəbər ölkədə böyük qalmaqala səbəb olmuşdu. Xəbərin yayılmasından 12 gün sonra təcavüzə göz yuman ata Yusuf Ziya Gümüşel və qızın keçmiş əri, təcavüzkar Kadir İstekli həbs olunub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qeyd edək ki, məsələ ilə bağlı ötən günlərdə iddianamə qəbul edilib, Kadir İstekli üçün 30, ata Yusuf Ziya Gümüşel və anası Fatimə Gümüşel üçün isə 18 ildən az olmamaq şərti ilə həbs cəzası istənilib.

Xatırladaq ki, qorxunc hadisənin üstü illər sonra hazırda 23 yaşında olan H.K.G.-nın özü tərəfindən açılıb. O, polisə şikayət edərək 6 yaşında ikən 29 yaşlı Kadir İstekli ilə evlendirildiyini deyib, gəlinlik geyindiyi haldakı görüntülərini təqdim edib və illərlə təcavüzə məruz qalmasından danışıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.