Türkiyə

İstanbulda robot muzeyi açıldı - VİDEO

16 Dekabr 2022 17:56
Baxış: 698
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulun Avcılar rayonunda robot muzeyi ziyarətçilərin ixtiyarına verilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onun təşəbbüskarı yerli proqram təminatı şirkəti olub.

Muzeydə məhz həmin şirkətin 2009-cu ildən bu yana robot texnologiyaları sahəsində apardığı işlər sərgilənir. Burada şirkət tərəfindən istehsal edilən robotlar, onların prototipləri və robotların hazırlanmasında istifadə olunan materiallarla tanış olmaq mümkündür.

Muzeydəki robot emalatxanalarında isə uşaqların xüsusi dəstlər alaraq öz robotlarını hazırlama fürsəti əldə edəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.