Türkiyə XİN Sincandakı yanğına görə Çindən izahat istədi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyə Xarici İşlər Nazirliyi Çinin Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhərində baş verən yanğınla əlaqədar rəsmi Pekindən izahat istəyib.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin xarici siyasət idarəsinin açıqlamasında bildirilib.
"Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun paytaxtı Urumçidə baş verən yanğın nəticəsində həlak olanlar və yaralananların olduğu dərin üzüntü ilə öyrənilib. Bu kədərli hadisə ilə bağlı başsağlığı verir, yaralılara şəfa diləyirik. Yanğının başlama səbəbi ilə bağlı ictimaiyyətə aydınlıq gətirilməsini gözləyirik", - XİN-in açıqlamasında qeyd olunub.
Qeyd edək ki, Çin KİV-inin məlumatına görə, noyabrın 24-də saat 18.00 radələrində Urumçinin mərkəzi rayonu olan Tianşanda yaşayış kompleksində yanğın başlayıb. Binanın 15-ci mərtəbəsində başlayan yanğın 17-ci mərtəbəyə, tüstü isə 21-ci mərtəbəyə çatıb. Tüstüdən 10 nəfər ölüb.
Yanğınsöndürənlər yanğını cəmi 3 saata söndürə biliblər.
Sosial şəbəkələrdə COVID-19 ilə əlaqədar binanın karantinə alındığı üçün mənzil sakinlərinin içəridə sıxışdırıldığına dair məlumatlar paylaşılıb, yanğınsöndürənlərin əraziyə gec gəlməsi müzakirələrə səbəb olub.
Rəsmilər ərazinin "aşağı riskli" nəzarət zonası olduğunu, mənzildə yaşayanların bayıra çıxa biləcəyini iddia etsə də, epidemiyaya nəzarət məlumat bazalarında bölgənin hələ də "yüksək riskli" olaraq təsvir edildiyi məlum olub. "Yüksək riskli" ərazilərdə yaşayanlar karantinə alındıqda evlərini tərk edə bilmirlər. Sincan-Uyğur Muxtar Rayonunun paytaxtı Urumçidə avqustun əvvəlindən bir çox yaşayış məntəqələrində "qismən karantin" tədbirləri həyata keçirilib.
Əhaliyə nisbətən halların az olmasına və onların əksəriyyətində xəstəlik əlamətlərinin olmamasına baxmayaraq, Çin "sıfır hal" adlandırılan ciddi epidemiya nəzarət tədbirlərini həyata keçirməyə davam edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)
-
Ozan Tufanın ayaqqabısının dodaq uçuqladan qiyməti - (Foto)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Türkiyəni silkələyən zəlzələnin görüntüləri yayıldı - (Video)
-
Türkiyədə güclü zəlzələ oldu
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib - Yenilənib - (Video)
XƏBƏR LENTİ
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
Azərbaycan Qran-prisi: Formula 2 üzrə sonuncu əsas yarış start götürdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Polis ötən gün 57 nəfəri saxlayıb
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”
-
Prezident İlham Əliyev: Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq
-
Prezident İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
-
Prezident İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir
-
Bu gün "Formula 1"in qalibi bəlli olacaq
-
Prezident İlham Əliyev: Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir
-
Prezident İlham Əliyev: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var
-
Prezident İlham Əliyev: Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər
-
Pezeşkian Tramp ilə görüşün şərtini açıqladı
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Foto)
-
Azərbaycanda vulkan püskürdü
-
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı





