Türkiyə

Motosiklet oğrusu həbs olunmasına sevindi: “Sizə görə ailəmə həsrət qalmışdım”

3 Noyabr 2022 20:20
Baxış: 680
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Adana şəhərində motosiklet oğrusu saxlanılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Hüseyn adlı şəxs portağal bağında gizlənərkən yaxalanıb.

Onun iş axtarmaq adı ilə rayon ərazisindəki emalatxanalara gedərək müşahidə apardığı, sonra isə motosikletləri oğurladığı müəyyən edilib. Son bir ayda 11 ədəd motosiklet oğurlayan Hüseynin oğurluq etdiyi anlar təhlükəsizlik kamerasına əks olunub.

Nəzarətə alınan oğru polisə verdiyi ifadəsində həbs edilməsinə sevindiyini bildirib.

"Yaxalanacağımdan qorxduğum üçün evdə qala bilmirdim. Sizə görə bir aydır ailəmə həsrət qalmışdım", - deyə o qeyd edib.

Motosiklet oğrusu məhkəmə zalında həbs edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.