Türkiyə

İtkin düşən 20 yaşlı gənc qız başından güllələnmiş halda tapıldı

16 Oktyabr 2022 12:04
Baxış: 2 061
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə dünən səhər saatlarında çimərlik kənarında yerdə yatan bir şəxs vətəndaşların diqqətini çəkib.

Milli.Az musavat.com-a istinadla xəbər verir ki, Türkiyənin Samsun şəhərində baş verən hadisəki şəxsin 20 yaşlı İlklima Naz Akbörü olduğunu müəyyən edib.

Başından güllə yarası alaraq ölən gənc qızın yanından silah da aşkar edilib. Polis faciəvi hadisə ilə bağlı araşdırmalara başlayıb.

Araşdırmlar zamanı adı İlklima Naz Akbörü olduğu öyrənilən gənc qızın tapança ilə başından vurularaq öldüyü müəyyən edilib. Gənc qızın cəsədi hadisə yerində müayinə olunduqdan sonra ekspertiza əməliyyatları üçün morqa aparılıb. İlklima Naz Akbörünün cənazəsi yarılma əməliyyatlarından sonra dəfn ediləcəyi Tokat şəhərinə göndərilib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.