Türkiyə

Dəhşətli ailə qətliamı: Qohumlarını öldürüb... - FOTO

7 İyul 2022 09:22
1 Şərh     Baxış: 5 178
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin İstanbul şəhərində ailə faciəsi baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 23 yaşlı Ömər Orak adlı şəxs ailə üzvləri ilə mübahisə etdikdən sonra onları güllələyib.

O, anası Nurten Orakı, qardaşı Yasin Orakı və 9 ay əvvəl ailə həyatı quran 2,5 aylıq hamilə bacısı Esra Yamakı öldürüb. Sonra əmisi oğluna "Bunları öldürdüm. Gəlin aparın", - deyə mesaj yazıb və başına silahla atəş açıb.

Ağır formada xəstəxanaya aparılan Orak orada həyatını itirib.

Məlum olub ki, hadisəni törədən şəxsin atası da beş il əvvəl intihar edibmiş.

Dayısının sözlərinə görə, Ö.Orak 3 ildir işsiz imiş və evdən çölə çıxmayıb, internetdə oyun oynayaraq vaxt keçirirmiş.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.