Türkiyə

"Öldüyümü zənn edib məndən uzaqlaşdı" - FOTO

1 İyun 2022 19:37
1 Şərh     Baxış: 2 163
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Bartın bölgəsində ayının hücum etdiyi kişi təsadüf nəticəsində həyatda qala bilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisəni nəql edən 52 yaşlı Ramazan Kadıncı bildirib ki, meşəyə heyvanlarının ardınca gedərkən qarşısına ayı çıxıb:

"Hücum edərək qolumdan, belimdən, böyrək nahiyəmdən dişləməyə başladı. Əvvəl qışqırsam da, daha sonra halsız vəziyyətdə yerə sərildim. Bəlkə də, artıq öldüyümü zənn edib məndən uzaqlaşdı".

R.Kadıncı ayının onun bir inəyini parçaladığını və başqa bir həmkəndlisinin arı təsərrüfatına ziyan vurduğunu da bildirib.

"Telefonla oğluma zəng etdim. O, taksi ilə yanıma gəldi, sonra da xəstəxanaya yollandıq. Bədənimə 60 tikiş qoyulub".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.