Türkiyə

İdman zalında işləyən kişi yeniyetmələrə təcavüz etdikdən sonra onları şantaj edib

12 Fevral 2022 09:52
0 Şərh     Baxış: 1 307
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Yalova bölgəsində bir neçə ay əvvəl cinsi təcavüzdə şübhəli bilinərək həbs edilən lakin qısa müddət sonra sərbəst buraxılan 32 yaşlı kişi bu dəfə yeniyetməyə cinsi təcavüz etdiyi üçün həbs edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Armutlu rayon bələdiyyəsinin idman zalında işləyən Yaqup Akkaya oraya məşq etməyə gələn 17 yaşlı gəncə qarşı seksual xarakterli hərəkətlər edib.

Bununla da kifayətlənməyən cinayətkar etdiyi hərəkətləri telefonuna çəkərək qarşı tərəfi şantaj etməyə başlayıb.

İddia olunur ki, Yaqup Akkayanın mobil telefonuna baxış keçirən polislər onun digər insanlara qarşı da oxşar şəkildə şantaj əməlləri törətdiyi üzə çıxıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.