Türkiyənin tanınmış psixiatrı və yazıçısı Haydar Dümen 91 yaşında dünyasını dəyişib.
Milli.Az report-a istinadən xəbər verir ki, psixiatrın koronavirusdan öldüyü bildirilib.
"Posta" qəzetinin köşə yazarı olan H.Dümen ötən gün dəfn edilib.
Qeyd edək ki, Haydar Dümen 1931-ci ildə Türkiyənin Uşak şəhərində doğulub. O, psixiatriya və seksologiya sahələri üzrə mütəxəssis olub. H.Dümen xüsusilə cinsi mövzulardakı problemləri yumor anlayışı ilə qələmə alaraq geniş oxucu kütləsinə sahib olub.
Milli.Az