Türkiyə

Türkiyəli musiqiçi güllələndi - FOTO

4 Fevral 2022 14:44
0 Şərh     Baxış: 1 613
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli musiqiçi Şener Esen silahlı hücum nəticəsində həyatını itirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında İzmir şəhərinin Buca səmtində baş verib. Naməlum şəxs və ya şəxslərin açdığı atəş nəticəsində 42 yaşlı musiqiçi ağır yaralanıb.

Silah səsini eşidən ətrafdakı insanlar polisə və təcili tibbi yardıma zəng vurub. Şener Buca Doğum və Uşaq Xəstəlikləri Xəstəxanasına aparılsa da, bütün müdaxilələrə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Polis cinayəti törətdikdən sonra qaçanların axtarışı istiqamətində işləri davam etdirir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.