Türkiyə

"Müdirim işdə mənə sataşır, bədənimə toxunur" - İş adamının məhkəməsi - VİDEO - FOTO

29 Yanvar 2022 10:42
0 Şərh     Baxış: 3 322
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Antalyada 18 yaşlı S.A.-ya qarşı cinsi istismar ittihamı ilə ittiham olunan iş adamı M.U-nun məhkəmə prosesi hər kəsi şoka salıb. Cinsi zorakılığın qurbanı olan gənc qız "onun davranışı günü-gündən dəyişirdi. İşlədiyim yerdə məni daima sataşırdı. Anama da deyə bilmirdim" deyib.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, gənc qızın anası isə təqsirləndirilən şəxsi qızını narkotikdən istifadə etməyə məcbur etməkdə ittiham edib.

"O, məni divara sıxırdı. Bədənimə toxunurdu. Adamın 48 yaşı var, evlidir. Hətta atamdan da böyükdür. Məndən 2 yaş kiçik oğlu var. Hətta həyat yoldaşına da narkotika verib və onu dəli edib" deyib.

Qeyd olunur ki, iki il əvvəl ailəsi ilə Sakaryadan Antalyaya gələn S.A ailəsinə kömək etmək üçün M.Ü.-yə məxsus obyektdə işə başlayıb. Həmin vaxt 17 yaşı olan S.A.-nın şikayəti əsasında 15 gün işlədiyi iş yerində özünə cinsi zorakılıq göstərdiyini və içkisinə xəbərsiz şəkildə narkotik qatdığını bildirib. 

Anar Əli
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.