Türkiyə

Hərbçi nişanlısını qətlə yetirən qız: Nadir qadınam ki... - FOTOlar

11 Dekabr 2021 09:30
0 Şərh     Baxış: 1 978
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İstanbulda birlikdə yaşadığı nişanlısını qətlə yetirən Gizəm məhkəmədə ifadə verib.

Milli.Az mətbuat.az-a xəbər verir ki, onun iddiasına görə, hadisəni özünü müdafiə etmək məqsədilə törədib. Məhkəmə qarşısında "özümü müdafiə edən nadir qadınlardan olduğumu hiss edirəm" deyən Gizəm, nişanlısının ona xəyanət etdiyindən şübhələndiyini deyib. Bu barədə soruşanda isə o, nişanlısı Zeynəl Yıldırımın fiziki təzyiqinə və şantajına məruz qalıb.

Ardınca isə qız Zeynəli onun öz tapancası ilə qətlə yetirib. Məhkəmə davam edir. Qeyd edək ki, hadisə bir müddət əvvəl baş verib. Zeynəl Sahil Mühafizə Komandanlığında Artilleriya hərbçisi olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.