İdman

"Qarabağ" UEFA reytinqində geriləyib

26 Noyabr 2021 15:24
0 Şərh     Baxış: 1 216
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avrokubokların qrup mərhələsinin V turunun son oyun günündən sonra klubların UEFA reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, ilk "100-lük"də Azərbaycanın yalnız bir klubu yer alıb.

Konfrans Liqasının "Omoniya" ilə Bakıdakı görüşündə 2:2 hesablı heç-heçə edən "Qarabağ" 25,000 xalla Avropada 59-cu yerə şərikdir. Qurban Qurbanovun yetirmələri "Başakşəhər"lə eyni göstəriciyə malikdir.

Təmsilçimiz bu heç-heçədən sonra iki pillə geriləyib. Buna Niderland klubları səbəb olub. "Alkmaar" və "Feyenoord" "Qarabağ"ı keçib.

Qeyd edək ki, cədvələ 131,000 xala malik "Bavariya" başçılıq edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.