İdman

Fuad Quluzadə dünya çempionatında bürünc medal qazandı - FOTO

9 Noyabr 2021 12:06
Baxış: 1 585
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanlı bodibilder Fuad Quluzadə İspaniyanın Kataloniya vilayətində yerləşən Santa Suzannada keçirilmiş dünya çempionatında bürünc medal qazanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, kişi və qadın bodibilderlər arasında gənclər, böyüklər və veteranlar (masters) kateqoriyası üzrə keçirilən dünya çempionatında idmançımız 100 kq çəki dərəcəsində çıxış edib.

O, göstərdiyi performansla münsiflər heyəti tərəfindən bürünc medala layiq görülüb.

Qeyd edək ki, Fuad Quluzadə həm də "İdman" telekanalında "Xəbərlər" redaksiyasının əməkdaşıdır. O, bu il Avropa ikincisi olmağı da bacarıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.