İdman

Azərbaycanlı futbolçuların duelində Namik sevindi

1 Noyabr 2021 23:34
Baxış: 1 063
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Türkiyə 1-ci liqasında 11-ci turun oyunları keçirilib. Milli.Az matc.az-a istinadən bildirir ki, bu turda Namik Ələskərovun formasını geyindiyi "Bursaspor" doğma meydanda Vüsal İsgəndərlinin komandası - "Keçiörengücü" ilə qarşılaşıb. Bursalılar bu oyunda inamlı qələbəyə seviniblər - 2:0.

Azərbaycanlı futbolçular da bu oyunun iştirakçısı olublar. Onların hər ikisi start heyətdə meydana çıxıb. Namik 73, Vüsal isə 74-cü dəqiqədə əvəzlənib. İsgəndərli 53-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
"Bursaspor" 11 turdan sonra 14 xalla 19 kollektiv arasında 7-ci, "Keçiörengücü" isə 7 xalla 18-ci pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.