İdman

"Qarabağ"ın rəqibi uduzdu

30 Oktyabr 2021 08:12
0 Şərh     Baxış: 694
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın Konfrans Liqasındakı rəqibi  "Omoniya" Kipr çempionatında növbəti oyuna çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komanda 8-ci turda doğma meydanda "Anortosis"lə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.
 
"Omoniya" 8 turdan sonra 7 xalla 12 komanda arasında 10-cu pillədə qərarlaşıb. Komandanın ehtiyatda da bir oyunu var.
 
Qeyd edək ki, "Qarabağ" "Omoniya"ya qarşı səfərdə keçirdiyi ilk matçda 4:1 hesabı ilə qalib gəlib.  Bu komandalar arasında ikinci görüş noyabrın 25-də Bakıda keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.