İdman

PSJ-də Mbappe və Messi narahatlığı

30 Oktyabr 2021 05:33
0 Şərh     Baxış: 1 094
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransanın PSJ klubunun futbolçuları - Kilian Mbappe və Lionel Messi Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Leyptsiq"ə (Almaniya) qarşı keçiriləcək səfər matçını buraxa bilər.

Milli.Az komanda.az-a istinadən bildirir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Mbappenin səhhətində problem var. Onun qripə yoluxduğu bildirilir. Messi isə əzələsindəki problemə görə komandadan ayrı - fərdi məşq edir.

Hər iki oyunçu "Leyptsiq"lə noyabrın 3-də keçiriləcək səfər oyununu buraxa bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.