İdman

Həmyerlimizi iki Türkiyə klubu istəyir

24 Fevral 2012 14:17
0 Şərh     Baxış: 387
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Futbol üzrə Azərbaycan yığmasının, eləcə də Rusiyanın "Anji" klubunun sabiq məşqçisi Vaqif Sadıqov bundan sonrakı karyerasını Türkiyədə davam etdirə bilər. Azerisport.az xəbər verir ki, ona qardaş ölkənin iki klubundan təklif var.
 
Hər iki klub azərbaycanlı mütəxəssisə birillik müqavilə təklif edib. Bunlardan biri Bank Asya birinci liqada çıxış edən klublardandır. Digəri isə dördüncü liqada mübarizə aparan "Erzurumspor"dur.
 
Qeyd edək ki, Sadıqov hazırda "Anji" ilə məsələni yoluna qoymaqla məşğuldur. Mahaçqala klubuyla bütün problemlərini yoluna qoyduqdan sonra Sadıqov yeni təklifləri də nəzərdən keçirəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.