“Görüşdən sonra 44 işarəsi göstərdim...”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatına Rafiq Hüseynov imzasını atıb.
Milli.Az xəbər verir ki, 82 kq-da bütün rəqiblərinə qalib gələn 33 yaşlı güləşçimiz karyerasında ilk dəfə dünya çempionu olub.
Rafiq mundialdakı çıxışı ilə bağlı Azərbaycan Güləş Federasiyasının rəsmi saytına danışıb:
"Bu, böyüklər arasında iştirak etdiyim 10-cu dünya çempionatı idi. Nəhayət ki, istədiyimi əldə etdim. Dünya çempionu oldum. İlk dəfə 2009-cu ildə mundialda iştirak etmişdim. Həmin yarışda 5-ci yeri tutmuşdum. 2019-da qızıl medalın bir addımlığında qaldım.
Təəssüf ki, finalda uduzdum. Bu dəfə həlledici görüşdən əvvəl Nur-Sultandakı finaldan sonra necə məyus olduğumu yadıma saldım. Özümə dedim ki, eyni hissi yaşamaq istəmirsənsə, bu dəfə çempion olmalısan.
Çox sevinirəm. Görüşdən sonra 44 işarəsi göstərdim. Bununla da qələbəmi 44 günlük Vətən müharibəsinin şəhidlərinə həsr etdiyimi bildirdim. Onların sayəsində mən bu gün rahat məşq edib, dünya çempionu oldum. Onların ruhu qarşısında baş əyirəm.
Bərpa olunmaq lazımdır. Çünki Olimpiya Oyunlarından sonra çox yorulmuşdum. Gücümü zorla sıxıb dünya çempionatına çatdırdım ki, bu yarışda çıxış etdikdən sonra dincəlim. Noyabrda hərbçilərin dünya çempionatı keçiriləcək. Bir zabit kimi həmin mundialda da ordumuzun şərəfini qorumalıyam.
Atam neçə illərdir məni dünya çempionu kimi görmək istəyirdi. Ona görə də finaldan sonra üzümü kameraya tutub, "ata, oğlun dünya çempionudur" dedim.
Parterdə səhv buraxdım. Gözləyirdim ki, atam buna görə irad bildirəcək. Ancaq gözlədiyim kimi olmadı. Atamın hələ belə sevindiyini görməmişdim. Heç Olimpiadada medal qazananda belə sevinməmişdi".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Türkiyədə iki hakim həbs edildi
-
Arda qiyməti 100 milyon avronu keçən ilk türk futbolçu oldu
-
İlie Datku vəfat edib
-
Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb - (Foto)
XƏBƏR LENTİ
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)
-
Türkiyədə iki hakim həbs edildi
-
“Yaprak Dökümü”nün “Cem”inin son halı - (Foto)
-
Tovuzda ata oğlunu bıçaqlamaqda şübhəli bilinir





