"Barselona"nın prezidenti Xuan Laporta komandanın baş məşqçisi Ronald Kumana qadağa qoyub.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, klub prezidenti 58 yaşlı mütəxəssisə Niderland mətbuatına danışmağı qadağan edib. Bu barədə Niderlandın "ad.nl" saytı məlumat yayıb.
Niderlandda yayımlanan HLF8 tok-şousunun redaktoru da Kumanı verilişə dəvət etdiyini, ancaq onun buna "yox" cavabı verdiyini bildirib.
Milli.Az