İdman

Mahirin komandası səfərdə uduzdu

3 Oktyabr 2021 22:48
0 Şərh     Baxış: 1 255
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Legiya" Polşa çempionatında növbəti matçına çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Varşava təmsilçisi 10-cu turda səfərdə Qdansk "Lexiya"sı ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 3:1.

Mahir görüşün 46-cı dəqiqəsində meydana daxil olub. "Legiya"nın yeganə qolunu 88-ci dəqiqədə Tomas Pekhart vurub. O, penaltidən fərqlənib.

Bu nəticədən sonra "Lexiya" 19 xalla turnir cədvəlində  2-ci, digərlərindən 2 oyun az keçirən "Legiya" isə 9 xalla 15-ci pillədədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.