Çempionlar Liqası: PSJ "Mançester Siti" ilə, "Beşiktaş" "Ayaks"la qarşılaşacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində II tura start veriləcək.
Milli.Az "Report"a istinadən bildirir ki, ilk oyun günündə 4 qrupda 8 qarşılaşma keçiriləcək.
Türkiyənin turnirdəki yeganə təmsilçisi "Beşiktaş" Niderlandda "Ayaks"ın qonağı olacaq. C qrupunun digər görüşündə Almaniyanın "Borussiya" (Dortmund) və Portuqaliyanın "Sportinq" klubları üz-üzə gələcək.
Günün mərkəzi qarşılaşması Fransada gerçəkləşəcək. PSJ İngiltərə çempionu "Mançester Siti"ni qəbul edəcək. A qrupunda "Leyptsiq" (Almaniya) - "Brügge" (Belçika) qarşılaşması da baş tutacaq.
Daha bir maraqlı görüş B qrupunda İtaliyanın "Milan" və İspaniyanın "Atletiko" (Madrid) komandaları arasında olacaq. İngiltərə "Liverpul"u isə Portuqaliyada "Portu"nun qonağı olacaq.
D qrupunda isə tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində çıxış edən Moldova "Şerif"i İspaniyada "Real Madrid"in qonağı olacaq. Bu komandaların hər ikisi ilk turdan qalib ayrılıb. Qrupun digər oyununda Donetsk "Şaxtyor"u Ukraynada İtaliya "İnter"ini sınağa çəkəcək.
Çempionlar Liqası
II tur
28 sentyabr
A qrupu
23:00. PSJ (Fransa) - "Mançester Siti" (İngiltərə)
23:00. "Leyptsiq" (Almaniya) - "Brügge" (Belçika)
Xal durumu: "Mançester Siti" - 3, PSJ - 1, "Brügge" - 1, "Leyptsiq" - 0.
B qrupu
23:00. "Milan" (İtaliya) - "Atletiko" (Madrid, İspaniya)
23:00. "Portu" (Portuqaliya) - "Liverpul" (İngiltərə)
Xal durumu: "Liverpul" - 3, "Atletiko" - 1, "Portu" - 1, "Milan" - 0
C qrupu
20:45. "Ayaks" (Niderland) - "Beşiktaş" (Türkiyə)
23:00. "Borussiya" (Dortmund, Almaniya) - "Sportinq" (Portuqaliya)
Xal durumu: "Ayaks" - 3, "Borussiya" - 3, "Beşiktaş" - 0, "Sportinq" - 0
D qrupu
20:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "İnter" (İtaliya)
23:00. "Real Madrid" (İspaniya) - "Şerif" (Moldova)
Xal durumu: "Şerif" - 3, "Real Madrid" - 3, "İnter" - 0, "Şaxtyor" - 0.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Elariz oğlu və nəvəsi ilə - (Foto)
-
“Qarabağ” “Şəfa”ya qarşı, "Neftçi" "Qəbələ"yə qalib gəldi - Yenilənir
-
Ceyhun Hacıbəyli küçəsində hərəkət məhdudlaşdırılacaq
-
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
-
Gəncəsər monastırı ətrafında Ermənistanda yaradılan qalmaqalın elmi-tarixi əsası yoxdur - AMEA
-
"Arsenal" Xviça Kvaratsxeliyanı heyətinə qatmaq istəyir
-
Şamaxıda “Nəsimi Bağları” kompleksi: 120 hektarlıq ərazidə turizm və mədəniyyət məkanı
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
Kardaşyanda atasının ölümünə səbəb olan xəstəlikdən aşkarlandı - (Foto)
-
Türkiyədə qadın qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - anbaan (Video)
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video)
-
Uşaq oyuncaqlarına Müşviqin mahnısı yerləşdirildi - (Video)
-
Daha iki küçədə avtobus zolağı salınır - (Foto)
-
Azərbaycan, Özbəkistan və Türkiyə hərbçilərinin iştirakı ilə “Birliyin Gücü – 2026” təlimi keçiriləcək - (Foto/Video)
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan
-
Kriştianu Ronaldu milli komandaya çağırıldı
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Yevlaxda ağır qəza: Yük maşınları toqquşdu, yaralanan var
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Makronun cinsiyyətini araşdıran jurnalist öldü
-
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək





