İdman

Messinin gəlişindən sonra Mbappenin Neymarla münasibətləri korlanıb

26 Sentyabr 2021 18:30
0 Şərh     Baxış: 1 221
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PSJ-də Lionel Messinin gəlişindən sonra Kilian Mbappe və Neymarın münasibətləri korlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Fransalı hücümçu ölkə çempionatının 8-ci turunda "Monpelye" ilə matçda braziliyalının davranışlarını bəyənməyib. Mbappe 88-ci dəqiqədə əvəzləndikdən sonra ehtiyat oyunçular skamyasında komanda yoldaşı İdrissa Geyeyə Neymardan şikayətlənib. Mbappe "sambaçı"nın Yulian Drakslerə ötürmə verməsindən sonra "O, mənə belə pas atmır" deyə bildirib.

Qeyd edək ki, Kilian Mbappenin PSJ ilə razılaşması 2022-ci ilin yayında başa çatır. Onun azad agent kimi Madrid "Real"ına keçəcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.