İdman

"Kimi meydana buraxım?" - Aftandil Hacıyev

25 Sentyabr 2021 22:04
0 Şərh     Baxış: 965
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Fərqli iki hissə izlədik. Oyuna yaxşı başlamadıq və qapımızda iki qol gördük. Fasilədən əvvəl fərqi azaltdıq və ikinci hissəyə müəyyən əvəzetmələrlə girdik. Düşünürəm ki, ikinci 45 dəqiqədə yaxşı oynadıq".

Milli.Az "Report"a istinadən bildirir ki, bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev "Zirə"yə evdə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının V tur oyunundan sonra mətbuat konfrasında deyib.

41 yaşlı mütəxəssis 21 yaşlı Elmir Tağıyevin ilk dəfə meydana çıxdığını xatırladıb: "Bu, bizi sevindirir. Zədədən qayıdan oyunçularımız var idi. İki oyundur ki, məğlub oluruq, amma bunu faciəyə çevirmək istəmirəm. "Zirə"ni qələbə münasibəti ilə təbrik edirəm".

Hacıyev rəqibin daha yaxşı oynadığı üçün qələbə qazandığını etiraf edib: "Ancaq ikinci hissədə komandamızın oyunundan razı qaldım. Oyunu gücləndirmək üçün futbolçumuz yox idi. İkinci hücumçu meydana buraxmaq istəyirəm, amma kimi buraxım?"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory