İdman

Balotellidən onu “beyinsiz” adlandıran Sərgən Yalçına CAVAB - VİDEO - FOTO

22 Sentyabr 2021 12:42
0 Şərh     Baxış: 1 606
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir zamanlar İtaliya millisindəki və müxtəlif nüfuzlu Avropa klublarındakı çıxışı ilə yadda qalan, hazırda isə Türkiyənin "Adana Dəmirspor" klubunda forma geyən Mario Balotelli "Beşiktaş"ın baş məşqçisi Sərgən Yalçına özünəməxsus şəkildə cavab verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, belə ki, məşqçi işləməmişdən əvvəl, şərhçilik etdiyi zamanlarda bir televiziya proqramında Balotellini tənqid edərək onu "beyinsiz" adlandıran Sərgən Yalçın illər sonra bu sözünün cavabını meydanda alıb. 

Türkiyə Super Liqasının növbəti turu çərçivəsində adıçəkilən komandalar arasındakı matç zamanı forvard 79-cu dəqiqədə fərqlənib və üzünü "qara qartallar"ın ehtiyat skamyasına çevirərək müəyyən jestlər edib. Bu hərəkətinə görə futbolçu sarı vərəqi ilə cəzalandırılıb.

Qeyd edək ki, İstanbulda baş tutan qarşılaşma 3:3 hesablı heç-heçə ilə başa çatıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.