İdman

Rusiyalı tennisçi finalda Cokoviçi məğlub edərək "US Open"in qalibi oldu

13 Sentyabr 2021 08:17
0 Şərh     Baxış: 889
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"US Open" Böyük Dəbilqə turnirinin kişilər arasında təkli yarışlarının final oyunu baş tutub.

Milli.Az Trend-ə istinadən bildirir ki, "US Open"in qalibi Rusiyalı tennisçisi Daniil Medvedev olub.

Finalda D.Medvedev dünya reytinqinin lideri olan Serbiyalı Novak Cokoviçi məğlub edib. 2 saat 17 dəqiqə davam edən görüşdə 6:4, 6:4, 6:4 hesabı ilə rusiyalı tennisçi qalib gəlib.

Qeyd edək ki, "US Open" avqustun 30-u Nyu-Yorkda start götürmüşdü. Turnirin ümumi uduş fondu 57,5 milyon dollar təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.