İdman

Hakimi döydü, ömürlük futboldan uzaqlaşdırıldı

7 Sentyabr 2021 08:53
0 Şərh     Baxış: 766
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın "Olimpiya" klubunun baş məşqçisi Aleksandr Kulik ağır cəza ilə üzləşib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Ukrayna Futbol Assosiasiyasının qərarına əsasən, o, ömürlük futboldan uzaqlaşdırılıb.

Kulikin ömürlük futboldan uzaqlaşdırılması ilə nəticələnən hadisə isə Ukrayna kubokunun "Volçansk"la matçda baş verib. Belə ki, matçın baş hakimi oyunun gedişində "Olimpiya"nın qolunu saymayıb və Kuliki texniki zonadan kənarlaşdırıb.

Final fitindən sonra isə meydana daxil olan baş məşqçi hakimi yumruqlayıb. İnsidentdə iştirak edən "Olimpiya"nın futbolçusu Aleksandr Qrabar da cəzalandırılıb. O, iki illik diskvalifikasiya olunub. Bundan başqa, komandanın rəisi Dmitri Qalitskiyə bir illik cəza verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.