İdman

Pepe Azərbaycanla oyuna yetişəcək?

4 Sentyabr 2021 16:54
0 Şərh     Baxış: 746
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Portuqaliya millisinin futbolçuları - müdafiəçi Pepe və yarımmüdafiəçi Joao Palinyanın durumuna aydınlıq gəlib.

Mili.Az apasport.az-a istinadən xəbər verir ki, "Porto" və "Sportinq"in üzvləri DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla oyuna hazır olacaq.

Bunu komandanın baş məşqçisi Fernando Santuş açıqlayıb. O bildirib ki, zədələnən oyunçular tezliklə kollektivə qoşulacaq: "Kapitan Pepe və yarımmüdafiəçi Palinya artıq komanda ilə məşq etməyə hazırdır. Palinyanın sağalma prosesi daha sürətli getdi. Hər ikisi Azərbaycanla matça hazır olacaq". Qeyd edək ki, bu gün Qətərlə yoldaşlıq görüşü keçirəcək Portuqaliya yığması sentyabrın 7-də Bakıda millimizin qonağı olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.