İngiltərənin "Mançester Yunayted" klubu Donni van de Beki heyətində saxlayıb.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, niderlandlı yarımmüdafiəçinin icarə əsasında başqa kluba keçmək istəyi baş tutmayıb.
Bununla bağlı "Everton"la aparılan danışıqlar da yarımçıq dayandırılıb. Donninin keçidinə baş məşqçi Ole-Qunnar Sulşer mane olub. Norveçli mütəxəssis yarımmüdafiəçini saxlamağı istəyib. O, Donninin xidmətində maraqlı olduğundan belə addım atıb.
Milli.Az