İdman

Ronaldo Bakıya gəlir

26 Avqust 2021 20:12
1 Şərh     Baxış: 1 593
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

DÇ-2022-də Azərbaycan yığması ilə eyni qrupda yer alan Portuqaliya millisinin heyəti açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, baş məşqçi Fernandu Santuş sentyabrda keçiriləcək oyunlar üçün futbolçuların adlarını mətbuat konfransında elan edib.

O, İrlandiya ilə ev, Azərbaycanla səfər matçında güvənəcəyi oyunçuları dəqiqləşdirib. Bu matçlar sentyabrın 1-də və 7-də keçiriləcək. Portuqaliyalılar həmçinin bu heyətlə ayın 4-də Qətərə qarşı yoxlama matçında da qüvvəsini sınayacaq.

Qeyd edək ki, Azərbaycan - Portuqaliya oyunu Bakıda baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.