Tokio-2020: Bu gün Azərbaycanın son 6 təmsilçisi mübarizəyə qoşulacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Azərbaycanın son 6 idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verəcək.
Milli.Az "Report"a istinadən bildirir ki, əvvəlcə bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komanda səhnəyə çıxacaq. Tərkibi Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Nərminə Səmədova və Darya Sorokinadan ibarət "5-lik" əvvəlcə 5 topla, daha sonra 3 halqa və 2 cüt gürzlə çıxış edəcəklər. Təsnifat mərhələsində 14 ölkə arasında ilk "8-liy"ə düşən komandalar finala çıxacaqlar. Həlledici mərhələ isə avqustun 8-də olacaq.
Mübarizəyə başlayacaq digər idmançı İrina Zaretska olacaq. Qadın karateçilər arasında 61 kq-dan yuxarı çəkidə çıxış edən ukraynalı legioner B qrupunda yer alacaq. O, ardıcıl olaraq, Ayumi Uekusa (Yaponiya), Silviya Semeraro (İtaliya), Sofya Berultseva (Qazaxıstan) və Meltem Akyol Hocaoğlu (Türkiyə) ilə qarşılaşacaq. Qrupda ilk 2 yerdən birini tutacağı təqdirdə, Zaretska yarımfinala yüksələcək və ən azı bürünc medalı təmin edəcək.
Bu gün həmçinin Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev (65 kq) final görüşünə çıxacaq. Onun rəqibi yaponiyalı Takuto Otoquro olacaq.
Daha bir sərbəst güləşçi Şərif Şərifov (97 kq) və qadın güləşçi Mariya Stadnik (50 kq) isə bürünc medal uğrunda mübarizə aparacaq. Şərifov mükafatçılar sırasına düşmək üçün əvvəlcə Elizbar Odikadze (Gürcüstan), daha sonra Reyneris Salas Peresi (Kuba) yenməlidir.
Stadnik Namuuntsetseq Tsoqt Oçir (Monqolustan) - Lusia Yamilet Yepes Qusman (Ekvador) cütünün qalibini udsa, fəxri kürsüdə yer alacaq.
Tokio-2020
7 avqust
Bədii gimnastika, qrup hərəkətləri üzrə komanda (Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Nərminə Səmədova, Darya Sorokina)
Təsniifat mərhələsi
05:00. 5 topla çıxış
06:30. 3 halqa və 2 cüt gürz
Karate
B qrupu
+61 kq
09:00-dan etibarən
İrina Zaretska - Ayumi Uekusa (Yaponiya)
İrina Zaretska - Silviya Semeraro (İtaliya)
İrina Zaretska - Sofya Berultseva (Qazaxıstan)
İrina Zaretska - Meltem Akyol Hocaoğlu (Türkiyə)
13:45-dən etibarən
Sərbəst güləş
65 kq
FİNAL. Hacı Əliyev - Takuto Otoquro (Yaponiya)
97 kq
Təsəlliverici görüş. Şərif Şərifov - Elizbar Odikadze (Gürcüstan)
Qadın güləşi
50 kq
Bürünc medal görüşü. Mariya Stadnik - Namuuntsetseq Tsoqt Oçir (Monqolustan) / Lusia Yamilet Yepes Qusman (Ekvador) cütünün qalibi
Qeyd edək ki, indiyədək Azərbaycanın 44 idmançısından 35-i çıxışını bitirib, onlardan 4-ü medal qazanıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
“Messinin transferi üçün 500 milyon təklif etmişdim” - Massimo Moratti
-
Ronaldu "Ən-Nəsr"dən gedir
-
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
-
Ölüm hədəsi ilə üzləşən qapıçı 6 qol buraxdı
-
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - (Foto)
XƏBƏR LENTİ
-
İmişlidə zəlzələ olub
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
-
“Messinin transferi üçün 500 milyon təklif etmişdim” - Massimo Moratti
-
Vüsalə Əlizadə qardaşının məzarında - "Qara daş məni sakitləşdirir" - (Video)
-
“Kızılcık Şerbeti”ndən rekord
-
Ronaldu "Ən-Nəsr"dən gedir
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Qazaxıstana səfər edib
-
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
-
Sabunçu və Xətaidə qaz kəsiləcək
-
ADMİU-nun I kurs tələbələrini aşağılayan şəxs barədə qərar verildi - Yenilənib
-
Gəlin toyda suyun içindən keçdi - (Video)
-
Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının xristian irsinin izləri var - Hikmət Hacıyev
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
Ölüm hədəsi ilə üzləşən qapıçı 6 qol buraxdı
-
Şəhərətrafı qatar reyslərinin sayı 100-ə çatdırılır





