İdman

Canni De Byazi Polşaya yollandı

8 Avqust 2021 20:16
0 Şərh     Baxış: 1 010
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Polşaya yollanıb.

Milli.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, səfərin məqsədi karyeralarını bu ölkədə davam etdirən yığma üzvləri Mahir Emreli ilə Anton Krivotyukun çıxış etdiyi komandaların oyunlarını izləməkdir.

Qeyd edək ki, Krivotsyukun çıxış etdiyi Plotsk "Visla"sı çempionatın 3-cü turunda avqustun 9-da "Radomiak" klubu ilə qarşılaşacaq. Emrelinin formasını geyindiyi "Legiya" isə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunuda Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası ilə üz-üzə gələcək. Bu görüş avqustun 10-da olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.