İdman

Elnur Məmmədli cüdoçularımızı tənqid etdi - “Vuruşmadılar”

2 Avqust 2021 15:08
Baxış: 2 159
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Gözlədiyimiz nəticələr olmadı. Cüdo federasiyası idmançıların hazırlığı üçün hər şey etmişdi".

Milli.Az qafqazinfo-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya və ikiqat Avropa çempionu Elnur Məmmədli kişi cüdoçuların Tokio-2020 Yay Olimpiya Oyunlarını uğursuz çıxışı barədə danışarkən deyib.

O bildirib ki, idmançılar zəif çıxış ediblər: "Belə deyək ki, idmançılarımız güləşmədilər, vuruşmadılar. Uğursuzluq hamını şoka saldı. Çünki onların forma olaraq problemləri yox idi. Hamısı dünya və Avropa çempionatında uğurlar qazana bilmişdi. Bu suallara idmançılar özləri də cavab verməlidirlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.