İdman

Tokio-2020: Ruslan Lunyov 281 xal topladı

1 Avqust 2021 09:48
0 Şərh     Baxış: 927
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Tokio-2020" Yay Olimpiya Oyunlarında kişilərin kiçikçaplı tapançadan 25 metr məsafəyə atəşaçma yarışlarında birinci təsnifat mərhələsinə yekun vurulub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycanın güllə atıcısı Ruslan Lunyov birinci təsnifat mərhələsində 281 xal toplayıb. Təmsilçimiz 27 idmançı arasında 24-cü olub.

Avqustun 2-də ikinci təsnifat mərhələsi və final keçiriləcək. Əsas mərhələyə ən yaxşı nəticə göstərmiş 6 atıcı vəsiqə qazanacaq.

Qeyd edək ki, R.Lunyov iyulun 24-də Tokio Olimpiadasında kiçikçaplı tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 20-ci olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.