İdman

“Tokio-2020”: Murad Fətiyev 1/8 finala yüksəldi

27 İyul 2021 09:16
Baxış: 1 165
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Tokio-2020" Yay Olimpiya Oyunları davam edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Olimpiadanın beşinci günündə - iyulun 27-də Azərbaycanın daha bir cüdoçusu mübarizəyə başlayıb. On altıdabir final mərhələsində Murad Fətiyevin (81 kq) ilk rəqibi Frederik Harris (Sierra Leone) olub. Cüdoçumuzun rəqibi görüşə çıxmadığı üçün o, səkkizdəbir finala yüksəlib.

Qeyd edək ki, cüdo komandamızın aktivində hələlik medal yoxdur. Cüdoçularımızdan ən yaxşı nəticəni Rüstəm Orucov (73 kq) qazanıb - 5-ci yer.

Azərbaycan milli komandası "Tokio-2020"də 44 idmançı ilə təmsil olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.