İdman

Amit Quluzadənin komandası səfərdən xalla döndü

13 Fevral 2012 11:49
0 Şərh     Baxış: 462
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən gün Türkiyə Bank Asya liqasında XXI turun matçları keçirilib.

Qol.Az-ın məlumatına görə, milli komandamızın yarımmüdafiəçisi Amit Quluzadənin komandası "Kayseri Erciyesspor" səfərdə "Dənizlispor"la qarşılaşıb.

Kayseri təmsilçisi bu qarşılaşmada 1 xalla kifayətlənib - 1:1.
 
Həmyerlimiz komanda yoldaşları hesabı açdıqdan sonra - 74-cü dəqiqədə meydana daxil olub.

Meydan sahibləri də məhz onun meydanda olduğu vaxt bərabərlik qoluna imza atıblar.

Qeyd edək ki, bu bərabərlikdən sonra "Kayseri Erciyesspor" 29 xalla turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.