İdman

Dünya çempionumuz Tokio-2020-yə qələbə ilə başladı

25 İyul 2021 09:18
0 Şərh     Baxış: 1 473
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tokio-2020 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir. Azərbaycan millisinin boksçusu Cavid Çələbiyev Yaponiya paytaxtında ilk qarşılaşmasına çıxıb.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 63 kq çəkidə mübarizə aparan dünya çempionumuz "Ryoqoku Kokuqikan" İdman Sarayında keçirilən yarışın 1/16 final çərçivəsində Yaroslav Hartsizlə (Ukrayna) döyüşüb. Görüş təmsilçimizin 5:0 (29:28, 30:27, 30:27, 30:27, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb.

Çələbiyev 1/8 finalda ermənistanlı Ovannes Baçkovla üz-üzə gələcək. Döyüş iyulun 31-də, Bakı vaxtı ilə saat 07:36-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.