İdman

İtaliya - İspaniya oyununun ən yaxşısı seçildi

7 İyul 2021 10:09
0 Şərh     Baxış: 1 570
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avro-2020-nin yarımfinalında keçirilən İtaliya - İspaniya matçının (1:1, penaltilər seriyası - 4:2) ən yaxşı oyunçusunun adı açıqlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu, İtaliya millisinin üzvü Federiko Kyezadır. Start heyətdə meydana daxil olan 23 yaşlı hücumçu 60-cı dəqiqədə matçda hesabı açıb. O, eyni zamanda penaltilər seriyasında da dəqiq zərbə ilə diqqət çəkib.

Qeyd edək ki, İtaliya finalda İngiltərə - Danimarka görüşünün qalibi ilə qarşılaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.