İdman

Üç güləşçimiz Avropa çempionatının finalında

29 İyun 2021 20:22
Baxış: 651
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, ikinci yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub.

Kənan Heybətov ilk görüşdə ukraynalı idmançını minimal hesabla üstələyib. Fransa təmsilçisi üzərində də inamlı qələbə qazanan həmyerlimiz adını yarımfinala yazdırıb. Gürcüstan pəhləvanına da gücünü göstərən Heybətov finala vəsiqə qazanıb.

Cəbrayıl Hacıyev ilk mərhələdə Moldova güləşçisinə qalib gəlib. Milli üzvü daha sonra Rusiya təmsilçisini "tuşe" ilə məyus edib. Hacıyev macar rəqibindən də güclü olub və yarımfinala yüksəlib. Finalın bir addımlığında gürcü pəhləvanla mübarizə dramatik alınıb. Görüş boyunca gah bu, gah da digər güləşçi hesabda önə çıxıb. Əzmkarlıq nümayiş etdirən Cəbrayılın son saniyələrdəki uğurlu fəndi həlledici olub və yığma üzvünü finala daşıyıb.

Fuad Mayılov təsnifat mərhələsində alman rəqibinə uduzub. Almaniya idmançısı finaladək irəliləyib və Mayılov 3-cü yeri tutmaq şansı yaranıb.

Abdulcəlil Şabanov 1/8 finalda rusiyalı həmkarına məğlub olub. Rəqib finala yüksəldiyi üçün Şabanov iyunun 30-da təsəlliverici görüşə çıxacaq.

Mübarizəyə 1/4 finaldan qoşulan Aydın Əhmədov Macarıstan güləşçisinə sonuncu xal prinsipinə əsasən qalib gəlib. Əhmədov yarımfinalda Ukrayna idmançısından da güclü olub və finala yüksəlib.

Bu çəkilərdə təsəlliverici görüşlər və medal qarşılaşmaları iyunun 30-da keçiriləcək.

61 kq
1/8 final: Kənan Heybətov - Nikita Zubal (Ukrayna) 6:5
1/4 final: Kənan Heybətov - Xamzat Arsamerzuyev (Fransa) 10:3
1/2 final: Kənan Heybətov - Daviti Abdaladze (Gürcüstan) 8:5
Final: Kənan Heybətov - Levik Mikaelyan (Ermənistan)

74 kq
Təsnifat: Cəbrayıl Hacıyev - Mixail Ursu (Moldova) 6:2
1/8 final: Cəbrayıl Hacıyev - Maqomed Abdulkadirov (Rusiya) 5:0 (tuşe)
1/4 final: Cəbrayıl Hacıyev - Balint Balaş (Macarıstan) 9:4
1/2 final: Cəbrayıl Hacıyev - Vladimeri Qamkrelidze (Gürcüstan) 6:5
Final: Cəbrayıl Hacıyev - Taner Qarip (Türkiyə)

86 kq
Təsnifat: Fuad Mayılov - Coşua Morodion (Almaniya) 1:12
Təsəlliverici görüş: Fuad Mayılov - Emre Çiftçi (Türkiyə)

92 kq
1/8 final: Abdulcəlil Şabanov - İslam Kilçukov (Rusiya) 4:8
Təsəlliverici görüş: Abdulcəlil Şabanov - Daniil Pidlipenets (Ukrayna)

125 kq
1/4 final: Aydın Əhmədov - Şaba Ubornyak (Macarıstan) *1:1
1/2 final: Aydın Əhmədov - Vasili Sova (Ukrayna) 5:2
Final: Aydın Əhmədov - Lyova Gevorqyan (Ermənistan)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.