İdman

Ronaldu özündən çıxıb, yenə kapitan sarğısını yerə çırpdı - VİDEO - FOTO

28 İyun 2021 11:30
3 Şərh     Baxış: 2 065
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünən Avropa çempionatının 1/8 final mərhələsində Portuqaliyanın Belçikaya uduzmasından sonra (0:1) Kriştiano Ronaldu kapitanlıq sarğısını yerə tulllayıb.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, hakimin final fitindən sonra 36 yaşlı hücumçu kapitanlıq sarğısını çıxardıb və yerə atıb. Daha sonra sarğını qaldıran Ronaldo bu dəfə tunelə gedərkən sarğını yerə çırpıb və ayağı ilə itələyib. Həmin görüntülər futbol azarkeşlərinin qəzəbinə səbəb olub.

Qeyd edək ki, Ronaldu daha öncə də kapitanlıq sarğısını yerə atmışdı. Mart ayında DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə matçın (2:2) əsas vaxtına əlavə edilmiş 3-cü dəqiqədə Kriştiano qol vursa da, hakim bunu qeydə almamışdı. Portuqaliyalı ulduz bundan sonra kapitan sarğısını yerə çırpmışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.