Avro-2020-yə vida edən ulduzlar - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avro-2020-nin qrup mərhələsinin başa çatması ilə 8 komanda üçün yarış bitdi. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu komandalar Türkiyə, Polşa, Macarıstan, Finlandiya, Rusiya, Şimali Makedoniya, Şotlandiya, Slovakiyadır.
Bu komandaların heyətində yer alan ulduz futbolçular üçün də qitə birinciliyi başa çatdı. Azarkeşlərin oyunlarını maraqla gözlədiyi həmin futbolçuları sizə təqdim edirik:
Robert Levandovski - Polşa yığmasının ulduzundan "Bavariya"da keçirdiyi əla mövsümdən sonra Avro-2020-də də ondan uğurlu oyun gözlənilirdi. Düzdür, Leva İsveçlə matçda 2 qol vuraraq komandası üçün bərabərlik və ümid yaratdı. Lakin komandanın zəif çıxışı fonunda ulduz forvard da yarışa əlvida dedi. Endryu Robertson - "Liverpul"un və Şotlandiya millisinin 27 yaşlı ulduzu üçün də qitə çempionatı erkən başa çatdı. Milli komandasının qrupda qalması ilə o da vətəninə yollandı.
Marek Hamşik - Slovakiya yığmasının kapitanı artıq Türkiyənin "Trabzonspor" klubunda çıxış edəcək. O da komandası ilə növbəti mərhələyə adlaya bilmədi. Uzun illər "Napoli"nin şərəfini qorumuş yarımmüdafiəçi üçün də çempionat bitdi.
Adam Salai - Macarıstan yığmasının ulduzu qitə yarışında cəmi 1 qolla yadda qaldı. Almaniya yığmasının qapısına vurduğu gözəl baş zərbəsi ilə komandasını önə çıxarsa da, sonradan bundestim bərabərliyi təmin etdi və macarlar qrupda qaldı.
Milan Şkrinyar - Slovakiya millisinin və İtaliya "İnter"inin ulduz müdafiəçisi üçün də Avro-2020 uğurlu olmadı.
Voyçex Şensni - Polşanın uğursuz çıxışı fonunda "Yuventus"un ulduz qapıçısı da növbəti mərhələni görə bilmədi.
Hakan Çalhanoğlu - Son günlərin ən çox gündəmdəki futbolçularından biri olan türkiyə millisinin ulduzu gözəl qolları ilə tanınsa da, Avropa çempionatında bunu bacarmadı. Ötən mövsümü "Milan"da keçirib artıq "İnter"lə müqavilə imzalayan yarımmüdafiəçi də "ay ulduzlar"ın gözlənilməz oyunu fonunda kölgədə qaldı.
Burak Yılmaz - Ötən mövsüm "Lill"lə Fransa çempionu olan və şərəfinə Lill şəhərində heykəl ucaldılan forvarddan qardaş ölkə yığması çox şey gözləsə də, bu baş vermədi. Burak uğursuz çıxışlar etdi və azarkeşlər tərəfindən etirazla qarşılandı.
Merih Demiral - "Yuventus"un türkiyəli ulduzu daha çox səhvləri ilə yadda qaldı. Avro-2020-nin İtaliya ilə açılış matçındakı avtoqolundan sonra Demiral daha çox səhvləri ilə gözə çarpırdı. Uelslə matçın ilk hissəsində psixoloji durumuna görə meydana çıxmayan müdafiəçinin oyununun gələcək karyerasına da mənfi təsir edəcəyi gözlənilir.
Çağlar Söyüncü - "Lester Siti"nin əvəzolunmaz müdafiəçisi komandasının zəif çıxışı fonunda gözə görünmədi. Əslində komandanın buraxdığı qollarda Çağların da etdiyi səhvlər diqqət cəlb edirdi.
Qoran Pandev - Şimali Makedoniya yığmasının qol ümidi olan 37 yaşlı futbolçu Avstriyaya vurduğu qolla azarkeşlərin rəğbətini qazandı. Lakin final mərhələsinə düşməyi belə uğur sayılan Şimali Makedoniya yığmasının ulduz futbolçusu üçün həm yığmadakı karyerası, həm də Avropa çempionatı başa çatdı.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
"Con Duran "Gəl, məşqə gedək" deyəndə, "Yox, onsuz da varlıyam" deyirdi"
-
Kriştianu Ronaldu dəyişib belə oldu - (Foto)
-
Millətlər Liqası: Fransa Belçikanı darmadağın etdi, Türkiyə yenə məğlub oldu
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Türkiyədə iki hakim həbs edildi
XƏBƏR LENTİ
-
Qızıl almaq istəyənlərin nəzərinə
-
XİN-dən vurulan gəmi ilə bağlı açıqlama
-
Qaxda "prava"sız sürücü qəza törətdi: 1 ölü, 4 yaralı var - (Video)
-
14 yaşlı qızın görüntülərini yayan şəxslə bağlı qərar verildi
-
"Con Duran "Gəl, məşqə gedək" deyəndə, "Yox, onsuz da varlıyam" deyirdi"
-
Əli Əsədov yeni qərar imzaladı
-
Mühafizə olunan duracaqlarla bağlı qayda dəyişdi
-
DYP-dən avtomobil sahiblərinə çağırış - Buna diqqət edin
-
Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırıldı
-
Azərbaycan nefti bahalaşdı
-
Bakıda restoranda yanğın olub
-
Kriştianu Ronaldu dəyişib belə oldu - (Foto)
-
Qızılca sürətlə yayılır: Nyu-Yorkda fövqəladə vəziyyət
-
“Uzak Şehir”in aktrisasını "Türkiyənin Cenifer Lopezi" adlandırdılar - (Video)
-
Dünya bazarında neft bahalaşdı
-
Bakıda ev və torpaqlar bahalaşdı - Ən çox qiymət hansı rayonda artıb?
-
Paytaxtın 19 küçəsində tıxac var
-
Millətlər Liqası: Fransa Belçikanı darmadağın etdi, Türkiyə yenə məğlub oldu
-
Əl yumaq üçün hansı sabun daha yaxşıdır?
-
Bu cihaz onlarla soyuducu qədər elektrik "yeyir"
-
Qabıqlı qozun kiflənmə və acılaşmasının qarşısını alan 4 addım
-
Günün hadisələri yuxularda necə əks olunur - Araşdırma
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?





