İdman

Mahir Emrelidən anasının sualına diplomatik cavab

22 İyun 2021 13:59
0 Şərh     Baxış: 3 006
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polşanın "Legiya" klubuna keçən Mahir Emreli İnstaqramda sualları cavablayıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, əvvəlcə yeni baş məşqçisi Çeslav Mixneviç barədə danışıb:

"Yaxşı insandır və hamı ilə əlaqə qurmağı bacarır. Bütün futbolçular onu sevir. Bu da vacib amildir".

Emreliye canlı yayımda anası Elnurə Emreli də sual ünvanlayıb. O, oğlundan "Legiya"nın aşpazının, yoxsa öz yeməklərinin dadlı oldğunu soruşub. Mahir isə suala cavab verməkdə çətinlik çəkib: "Buna diplomatik cavab verəcəm. Azərbaycan yeməklərindən danışırıqsa, anamın yeməyi dadlıdır. İdmançılar üçün yeməkdə danışırıqsa, klubun aşpazının yeməkləri əsasdır".

Daha sonra forvard gələcəyindən söz açıb. O, özünü "Qalatasaray", "Barselona" kimi klublarda gördüyünü bildirib: "Mən uşaq ikən "Qalatasaray"ın matçlarını izləyirdim. "Barselona"nı da oyun tərzinə görə bəyənirəm. "Mançester Siti", "Bavariya" və PSJ-nin də oyununu xoşlayıram. İspaniya La Liqasını sevirəm. İngiltərə Premyer Liqası da əladır. Gələcəkdə özümü bəyəndiyim və adlarını sadaladığım bu 5 klubdan birində görürəm. Məqsədim inkişaf etməkdir".

Qeyd edək ki, Mahir Emreli bu yay "Legiya" ilə 3+1 illik müqavilə imzalayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.