İdman

Azərbaycan güləşçiləri "Poland Open" turnirini 5 medalla başa vurublar

14 İyun 2021 07:22
Baxış: 846
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 13-də Polşanın paytaxtı Varşavada güləş üzrə "Poland Open" turnirinə yekun vurulub.

Milli.Az bildirir ki, sonuncu yarış günündə - iyunun 13-də 60, 63, 72, 87 və 97 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.

Turnirdə 97 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz İslam Abbasov təsnifat mərhələsində Türkiyə güləşçisinə qalib gəlib. Həmyerlimiz dörddəbir finalda İran idmançısına məğlub olub. Rəqib finala yüksəldiyi üçün İ.Abbasov təsəlliverici görüşə çıxıb və danimarkalı rəqibi üzərində inamlı qələbə qazanıb. Son qarşılaşmada yerli pəhləvanı üstələyən güləşçimiz bürünc medalı boynundan asıb.

Qeyd edək ki, turnirdə sərbəst güləşçilərimiz Hacı Əliyev (70 kq), Hacımurad Hacıyev (74 kq), yunan-Roma güləşçimiz Rafiq Hüseynov (82 kq) bürünc, qadın güləşçimiz Mariya Stadnik (50 kq) isə qızıl medal qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.