İdman

"Türkiyəni çox yorduq" - İmmobile

12 İyun 2021 16:37
Baxış: 998
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliya millisinin futbolçusu Çiro İmmobile ötən gün Avro-2020-də Türkiyəyə qalib gəldikləri oyun haqqında danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komandasının qollarından birini vuran 31 yaşlı hücumçu qələbəni belə şərh edib:

"Azarkeşlərimizin sevincini görmək möhtəşəm idi. Uzun müddətdən sonra bir araya gəldik. Bu axşam səbrli davrandıq. Türkiyə güclü bir komandadır və yüksək səviyyəli yığmalara problem yaratmağı bacarıblar. İlk hissədə onları yormağa səy göstərdik. Top sağa və sola hərəkət etdirərək rəqibin müdafiəsini yarmağa çalışdıq. Təəsüf ki, hava mübarizəsində yaxşı oynamadığımıza görə ilk hissədə qol vura bilmədik. Türkiyə fasilədən sonra ikinci hissədə daha çox yoruldu. Qol buraxandan sonra isə müdafiələrində boşluqlar artdı. Elə həmin andan oyun səviyyəmizi üzə çıxdı. Rəqibi çox yorduq. Qalib gəldiyimiz üçün xoşbəxtik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.