İdman
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Makedoniya millisinin futbolçusu rəsmən "Qarabağ"da
6 Fevral 2012 20:59
0 Şərh
Baxış: 508
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Premyer Liqasının növbəti oyunlarına hazırlığını Bakıda davam etdirən "Qarabağ" klubu heyətini daha bir futbolçu ilə gücləndirib.
Qol.Az-ın məlumatına görə, Ağdam təmsilçisi Makedoniya milli komandasının üzvü Muarem Muaremi transfer edib.
Ampluaca yarımmüdafiəçi olan 23 yaşlı futbolçu ilə 3 il yarımlıq müqavilə imzalanıb. Makedoniya millisinin heyətində 3 oyuna çıxan pleymeykerin fevralın 10-da "Simurq"la görüşdə debüt edəcəyi gözlənilir.
Qeyd edək ki, Muarem ötən mövsümü Türkiyə Bank Asya Liqasında çıxış edən "Orduspor"un heyətində keçirib. Bu komandanın heyətində 25 oyuna çıxan Muarem 4 dəfə rəqib qapıçılarını məyus etmişdi. Daha sonra ölkəsinə qayıdan gənc futbolçu yenidən "Rabotniçki" klubuna transfer olunub. Bu günə qədər 12 oyun keçirən Muarem komandasının heyətində cəmi 2 dəfə fərqlənib.
Onu da əlavə edək ki, Muarem "Rabotniçki"dəki debüt matçına məhz Azərbaycan klubuna qarşı oyunda çıxıb. 2008-ci il Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində Bakıda "İnter"lə keçirilən görüşdə debüt matçına çıxan Muarem 50 dəqiqə oynamışdı. Oyun isə 0:0 hesabı ilə başa çatmışdı.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Əməkdar müəllim faciəvi şəkildə öldü
-
"Barselona" Bakıya gəlib
-
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib - (Foto)
-
Qarabağ Universitetindən tələbələrin davası ilə bağlı açıqlama
-
Sabah Qazaxda qaz kəsiləcək
-
Elmin Fərəcov nazirlikdə Aparat rəhbəri oldu
-
İnterpol iki azərbaycanlı qadını axtarır
-
Sabiq vəzifəli şəxs vəfat etdi
-
Dünyadakı "Barselona" azarkeşləri Bakıda görüşəcək
-
Sabunçuda “Chevrolet” yandı
-
Prodüser Elmir Məhərrəmovun meyiti tapıldı
-
Qızıl bahalaşdı
-
Ada Süleymanova ilə qəzada faciəli şəkildə ölən Anar Kərimovun (Fotoları)
-
Ada Süleymanın öldüyü qəzanın təfərrüatı - Yenilənib
-
UEFA “Sabah”ın futbolçusunu diskvalifkasiya etdi
-
“By Fateh Gənclik” restoranının fəaliyyəti məhdudlaşdırıldı
-
Fürsətçi…- Yunus Oğuz yazır
-
Qatarlara daş atanlarla bağlı rəqəmlər açıqlandı - Əksəriyyəti azyaşlılardır
-
Xətai rayonunda ağac və kollar məhv edildi - 3360 manat ziyan
-
Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?
-
Yuxular qeydə alınacaq - Film kimi izləyəyəcəyik
-
Salyanda “Aşxana” adlı kafedə nöqsanlar aşkarlanıb
-
Sabah bu ərazilərdə külək güclənəcək
-
Fermerlərə subsidiyaların ödənilməsinə başlanıldı