İdman

Güləş federasiyasından biabırçı qərar - FOTOlar

3 İyun 2021 10:44
Baxış: 1 990
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mayın 27-də Bolqarıstanın paytaxtı Sofiyada 15 yaşlı güləşçilər arasında Avropa çempionatı start götürüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qitə birinciliyində Azərbaycan yığması güləşin hər iki növündə təmsil olunmalı idi.  

Lakin yunan-Roma güləşçilərimiz çempionata qatılsa da, sərbəst güləşçilərimiz iştirak etməyib. Maraqlıdır ki, çempionatdan əvvəl Azərbaycan Güləş Federasiyası sərbəst güləşçilərimizin iştirak vərəqəsini göndərib. 

Lakin sonradan bəlli olmayan səbəbdən güləşçilərimiz AÇ-yə yollanmayıb. 

Nəticədə komandamızın üzvlərinə texniki məğlubiyyət verilib. 

Sərbəst güləşçilərimiz Emin Cavadlı, Turan Daşdəmirov, Nurlan İbadzadə, Murad Əliyev, Elşad Abbasov yarışı iştirak etmədən məğlubiyyətlə başa vurublar.  Sonda Azərbaycan yığması turniri 0 xalla başa vurub. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.